“73 kq-da özümü daha çox arxayın hiss edirəm”

“2017-ci ildə Avropa çempionu titulu aldığıma çox sevinirdim, lakin bu qələbə mənim üçün daha dəyərlidir, çünki bu mənim sabit inkişafımın sübutudur”. Allsport.az saytı xəbər verir ki, bunu 2-qat Avropa çempionu Hidayət Heydərov, Avropa cüdo birliyinə açıqlamasında deyib.

Bolqarıstan paytaxtı Sofiyada qitənin ən güclülərinin yarışının 2-ci günündə 73 kq-da finalda italiyalı rəqibi Covanni Espositoya “qızıl xal”da 24 saniyəyə “vaza-ari” ilə qalib gəlib. O, qələbəsi belə şərh edib:

“81 kq-dan sonra, 73 kq çəkidə qayıtdığım üçün çox şadam. Bu çəki dərəcəsində özümü daha çox arxayın hiss edirəm və bu turnirdə yenidən iştirak etdiyim üçün çox xoşbəxtəm”. Müəllifin sözünə görə, Azərbaycanlı idmançının karyerasının çox maraqlı tarixi var. O artıq yeniyetmələr, gənclər və böyüklər arasında titula sahibdir.

Eyni zamanda, məqalədə bildirilir ki, cüdo sahəsində olan bir çox insan Rüstəm Orucov və Hidayət Heydərov arasında olan əzəli rəqabətdən məlumatlıdır, lakin gənc idmançının uğurundan sonra, onlar bu qələbəni qardaş kimi bayram ediblər.

Həmin kateqoriyadan