Cüdoçuların dünya çempionatının açılışında məşhur müğənni Al Bano konsert verəcək

İtaliyalı məşhur müğənni Al Bano dünya çempionatının açılışında ifa edəcək. Allsport.az saytı xəbər verir ki, 75 yaşlı sənətçi Beynəlxalq Cüdo Federasiyasının dəvəti ilə ölkəmizdə olacaq. O, sentyabrın 20-də Milli Gimnastika Arenasında konsert verəcək.

“Felicita” mahnısı ilə dünyada məşhurlaşan Al Bano ötən il Budapeştdə keçirilmiş dünya çempionatının açılışında İJF-nin himnini oxuyub və konsert proqram ilə çıxış edib. Al Bano Karrizi 2001-ci ildən BMT-nin xoşməramlı səfiridir.

Xatırladaq ki, mötəbər tədbir sentyabrın 20-27-də keçiriləcək. Yarış üçün biletləri “ASAN xidmət” mərkəzlərindən, şəhərin bütün kassalarından, eləcə də onlayn olaraq iTicket.az saytından əldə etmək mümkündür. Qiymətlər kateqoriyalara uyğun olaraq, 1 manat və 5 manat, VIP yerlərə 25 manatdır. Həmçinin biletlər final mərhələsi üçün yerlər 2 və 10 manat, VIP yerlər isə 50 manatdan təklif olunur.

Həmin kateqoriyadan