“A” dərəcəli beynəlxalq cüdo hakimlərimiz Bolqarıstanda ədaləti qoruyublar

Fariz HüseynovArzu Acalova 11-12 fevralda Bolqarıstanın paytaxtı Sofiyada açıq qitə turnirində ədaləti qoruyublar.

Allsport.az saytı xəbər verir ki, adı ilk çəkilən həmyerlimiz qadınlar arasında 63 kq və 78 kq-da bürünc medal üçün görüşlərə təyin edilib. O, təcrübəli referilərimizdən sayılır. Fariq Hüseynov Rio-2016 yay olimpiya oyunlarının hakimlər briqadasında yer alıb.

Arzu Acalovaya qadınlarda 52 kq çəkidə 3-cü üçün və 78 kq-da final qarşılaşması tapşırılıb.

Həmin kateqoriyadan