- Baxış sayı: 36
- 11 İyun 2026 16:38
- Baxış sayı: 119
- İyun 25, 2026
- 0

Azərbaycan ağırlıqqaldırma federasiyasının mənzil-qərargahında federasiyanın texniki komitəsinin iclası keçirilib.
Allsport.az xəbər verir ki, qurumun vitse-prezidenti Firdovsi Umudovun rəhbərliyi ilə baş tutan toplantıda 25-26 yanvar 2025-ci il tarixində keçirilmiş Azərbaycan çempionatının hesabatı dinlənilib. İclasda hakimlərə lisenziyaların verilməsi, onların peşəkarlığının artırılması istiqamətində fikir mübadiləsi aparılıb. Daha sonra mart ayında təşkil olunacaq yeniyetmələrin ölkə birinciliyinə ilkin hazırlıqlarla bağlı müvafiq tapşırıqlar verilib.