- Baxış sayı: 83
- 08 Oktyabr 2026 12:58
- Baxış sayı: 94
- Oktyabr 08, 2026
- 0

Azərbaycan boksçusu Məhəmməd Abdullayev Rusiyanın Ufa şəhərində İBA pro çempionlar gecəsində döyüşəcək.
Allsport.az xəbər verir ki, 92 kq çəkidə rinqə çıxacaq dünya çempionatının mükafatçısı yerli Bəyxan İsrailovla görüşəcək.
Görüş 6 raund davam edəcək. Çempionlar gecəsindən öncə bu gün çəki və üz-üzə mərasimi keçirilib.
Aprelin 25-də Ufada ümumilikdə 7 döyüş keçiriləcək.