AÇ qalibinə nə qədər ödəniş ediləcək?

Almaniyada keçiriləcək Avro-2024-ün mükafat fondu açıqlanıb.

Allsport.az xəbər verir ki, UEFA Avropa çempionatında komandalara ümumilikdə 371 milyon avro verəcək.

Bu, ötən yarışla müqayisədə 70 milyon çoxdur.

Final mərhələsində iştirak edəcək hər bir ölkə 9,25 milyon avro qazanacaq. Qrupda hər qələbə 1,5 milyon, heç-heçəyə isə 750 min veriləcək.

1/8 final mərhələsinə yüksələn yığmalar əlavə 2,0 milyon avro əldə edəcəklər. 1/4 finala vəsiqə qazananlar isə 3,25 milyon avro da irəli düşəcəklər.

UEFA yarımfinala çıxacaq komandaların hər birinə 5 milyon avro ödəyəcək. Çempion 10, finalçı 7 milyon qazanacaq.

Bütün qrup oyunlarını qazanmaqla qalib adını qazanacaq milli isə ümumilikdə 34 milyona sahib olacaq.

Həmin kateqoriyadan