ACF-dən 31 idman təşkilatına lisenziya

Azərbaycan cüdo federasiyası (ACF) idman təşkilatlarının lisenziyalaşdırması prosesini fəal şəkildə davam etdirir.

Allsport.az xəbər verir ki, ACF 31 idman təşkilatına beş il müddətinə lisenziya verib.

Bu təşkilatlar qaydalara uyğun olaraq tələb olunan sənədləri təqdim edib və müəyyən edilmiş meyarlar əsasında seçilib.

ACF-in idman direktoru Kamran Talıbov və icraiyyə komitəsinin üzvü Ağayar Axundzadə lisenziyanın mahiyyətindən və əhəmiyyətindən, idman təşkilatlarının öhdəliklərindən danışıb, lisenziya əldə edən idman təşkilatlarını təbrik ediblər.

Qeyd edək ki, ACF 2022-ci ilin avqust ayından etibarən ölkədə fəaliyyət göstərən cüdo üzrə idman klubları, cəmiyyətləri və təşkilatlarının lisenziyalaşdırılması prosesinə start verib. Hazırda lisenziyalaşdırılmış idman təşkilatının sayı 117-dir.

Həmin kateqoriyadan