- Baxış sayı: 30
- 04 May 2024 12:30
- Baxış sayı: 81
- May 03, 2024
- 0
25 avqust – 3 sentyabrda Göygöl olimpiya idman kompleksində beynəlxalq təlim-məşq keçiriləcək. Allsport.az saytı xəbər verir ki, toplanışda Azərbaycanın kişilərdən və gənc oğlanlardan ibarət millisi ilə yanaşı Belçika, İsrail, Niderland, Polşa, Səudiyyə Ərəbistanı, Özbəkistan və Tacikistanın aparıcı cüdoçuları iştirak edəcək.
120-dən artıq idmançının qatılacağı təlim-məşq toplanışında olimpiya oyunlarının, dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları yer alacaqlar. Bu tədbir əsas komandanın 6-12 oktyabrda Özbəkistan paytaxtı Daşkənddə dünya çempionatı və gənc oğlanlar üçün 15-18 sentyabrda Çex Respublikasınının Praqada Avropa çempionatı üçün hazırlıqdır.