ACF milli mətbuatımızın 140 illiyi münasibətilə KIV-i nümayəndələrini mükafatlandırıb

Bu gün Azərbaycan Cüdo Federasiyasının inzibati binasında milli mətbuatın yaranmasının 140 illik yubileyi münasibətilə ilə görüş keçirilib. Allsport.az saytı xəbər verir ki, ACF-in baş katibi Elnur Camalxanov görüşdə çıxış edərək, idmançılarımızın uğurundan, bu sahəyə göstərilən dövlət qayğısından danışıb.

Qeyd olunub ki, ölkəmizdə idmanın inkişafında, təbliğində və kütləviliyinin artırılmasında medianın mühüm rolu var.  Təbii, cüdoçularımızın mötəbər turnirlərdə qazandıqları qələbələrin əsas müjdəçisi də jurnalşistlərdir.

Mətbuat nümayəndələri əlamətdar gün münasibətilə göstərilən diqqətə görə ACF rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Sonda federasiya ilə yaxından əməkdaşlıq edən KİV nümayəndələrinə fəxri fərmanlar və qiymətli hədiyyələr təqdim edilib. Təltif olunanlar sırasında Allsport.az da yer alıb.

Həmin kateqoriyadan