ACF-in Qusar təlim-məşq mərkəzinin açılışı olub

Cüdo federasiyasının rəsmiləri Qusar rayonunda olublar. Allsport.az saytı xəbər verir ki, əvvəlcə ACF-in Qusar təlim-məşq mərkəzinin açılışı olub. Çıxış edənlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar.

Qusar rayonunun tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə federasiyasıa rəhbərliyinə təşəkkürlərini bildiriblər. Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb. Sonra cüdo zalı yeniyetmələrin istifadəsinə verilib.

Bu zalda Şimal-Şərq bölgəsindən olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.

Həmin kateqoriyadan