- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Abşeron-Marriott” mehmanxanasında “Zəfər” beynəlxalq idman mükafatının təqdimatı keçirilib. Allsport.az saytı xəbər verir ki, tədbirdə idman ictimaiyyətinin nümayəndələri, millət vəkilləri, jurnalistlər, olimpiya, dünya və Avropa çempionları iştirak ediblər.
Mərasimdə Cüdo federasiyasının ötən ilki fəaliyyəti yüksək qiymətləndirilib və “İlin federasiyası” mükafatına layiq görülüb. Olimpiya çempionu Namiq Abdullayev “Zəfər” mükafatını ACF-ın vitse-prezidenti Elnur Məmmədliyə təqdim edib.