- Baxış sayı: 23
- 26 Sentyabr 2026 16:17
- Baxış sayı: 126
- Sentyabr 25, 2026
- 0

Bakı şəhər halqasında 10-cu yubiley Azərbaycan qran prisinin açılış mərasimi keçirilib.
Allsport.az xəbər verir ki, əsas yarışın startından əvvəl Azərbaycanın Dövlət Himni səsləndirilib.
Himni Azərbaycanın Xalq artisti, dünya şöhrətli tenor Yusif Eyvazov ifa edib.
Himnin ifasından sonra diqqətlər yenidən pilotlara yönəlib. Bir neçə saat sonra 51 dövrədən ibarət yarışın qalibi müəyyənləşəcək və pilotlardan biri podiumun ən yüksək pilləsinə qalxaraq Azərbaycan qran prisinin əsas kubokunu başı üzərinə qaldıracaq.
Kubokun dizaynında Azərbaycanın “Odlar yurdu” kimi tanınmasını simvolizə edən alov obrazından istifadə olunub. Onun yan hissələrində isə Azərbaycan xalçaçılıq ənənələrindən ilhamlanan naxışlar əksini tapıb.