Açıq Okeaniya kubokunda cudoçularımızın ilk rəqibləri məlumdur

Sabah Avstraliyanın Vullonqonq şəhərində cudoçular arasında açıq Okeaniya kuboku start götürəcək. Allsport. az saytı xəbər verir ki, bu sınaqda mübarızə aparan tatami uytalarımızın ilk rəqibləri müəyyənləşib.

Oruc Vəlizadə (60kq) Tom Şmidt (Lüksemburq), Tərlan Kərimov (66kq) Lyuis Kibli (Böyük Britaniya) – Vinsent Konstanço (Avstraliya) cütünün qalibi, İsmayıl Piriyev (73 kq) islandiyalı Hermann Unnarson, Fəqan Quluzadə (73 kq) Şri-Lanka təmsilçisi Çamara Dharmavardene, Hüseyn Rəhimli (81kq) Ouen Livesi (Böyük Britaniya), Abdulhaqq Rasullu (81 kq) Emirhan Yusel (Türkiyə) – Rayan Cefferi (Yeni Zelandiya) cütünün qalibi, Məmmədəli Mehdiyev (90 kq) Mark Brever (Yeni Zelandiya) – Tomas Karpa (ABŞ) cütünün qalibi, Rüstəm Alimli (90 kq) kanadalı Yoan Bert, Uşanqi Kokauri (+100 kq) avstraliyalı Liam Parkla qarşılaşacaqlar.

Qadınların tutaşmasında Aişə Qurbanlı (48 kq) Ze Ham Çenq (Honkonq) və Xanım Hüseynova (63 kq) isə Sandrin Bille (Belçika) – Heydi Payt (Avstraliya) cütünün qalibi ilə üz-üzə gələcəklər.

Həmin kateqoriyadan