Açıq qitə çempionatının son günündə bizdən Uşangi Kokauri 2-ci, İrina Kindzerska 3-cü olub

Belarusun paytaxtı Minskdə cüdoçuların açıq Avropa çempionatı başa çatıb. Allsport.az saytı xəbər verir ki, yarışın 2-ci günündə millimiz 1 gümüş və 1 bürünc medala yiyələnib.

Uşangi Kokauri (+100 kq) yalnız finalda uduzub. Qadınlarda +78 kq-da İrina Kindzerska 3-cü olub. Digər öncüllərimizdən Məmmədəli Mehdiyevlə (90 kq) Elmar Qasımov (100 kq) 5-ci yerə çıxıblar.

Rəqabətin ilk günü Nicat Şıxalizadə (66 kq) və Hidayət Heydərov (73 kq) 1-ci pilləni tutublar. Xatırladaq ki, 46 ölkədən 411 idmançının qatıldığı yarışda Fərhad Məmmədovun rəhbərlik etdiyi millimiz 15 nəfərlə (10 kişi, 5 qadın) ilə təmsil olunub.

Həmin kateqoriyadan