- Baxış sayı: 57
- 05 Noyabr 2026 22:21
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

İspaniyanın Fuenqirola şəhəridə yeniyetmə cüdoçuların açıq Avropa turnirinin ilk günü bizimkilər üçün uğurlu olub. Allsport.az saytı xəbər verir ki, komandamız 8 medal qazanıb.
Məhəmməd Məmişov (50 kq), Məhəmməd Musayev (55 kq), Nizami İmranov (60 kq) və Nicat Nağıyev(66 kq) bütün rəqiblərinə qalib gəliblər.
Xumar Qasımzadə (44 kq) gümüş, Fidan Qasımova (52 kq), Xalid Məmmədov (50 kq) və Xanəhməd Şərifov (55 kq) bürünc medal qazanıblar.