Adil Əliyev dünya çempionatında uğur qazanan gənc kikboksçularla görüşüb

Azərbaycan kikboks federasiyasının fəxri prezidenti Adil Əliyev, İtaliyanın Yezolo şəhərində keçirilmiş uşaq, yeniyetmə və gənclər arasında dünya çempionatından uğurlu nəticə ilə qayıdan Azərbaycan millisini qəbul edib.

Allsport.az saytı xəbər verir ki, o, 7 qızıl, 6 gümüş və 7 bürünc medal qazanmaqla tarixi nəticəyə imza atmış millimizin idmançılarını və məşqçilər heyətini bu münasibətlə təbrik edib, qarşıdakı yarışlarda bu uğurlu ənənənin davam etdiriləcəyinə inandığını bildirib.

Milli məclisdə keçirilən görüşdə AKF prezidenti Orxan Əliyev və 1-ci vitse-prezident Ramal Aslanov da iştirak ediblər.

Həmin kateqoriyadan