VİDEO
Adil Əliyev: Saxta federasiyalar bizə böyük yarışlar keçirməyə imkan vermir

Kikboks federasiyasının prezidenti Adil Əliyev İTV-də yayımlanan 3D verilişində olub. Allsport.az saytı xəbər verir ki, şərti aparıcı Dadaş Dadaş oğlu Dadaşlinskinin qonağı olan millət vəkili türk olmasından qürur duyduğunu deyib və rinqdə heç bir parlament həmkarı ilə qarşılaşmaq istəmədiyini qeyd edib:

“Milli məclis üzvləri ilə rinqdə görüşməzdim. Onlarla adətən, tədbirlərdə və xeyir işlərdə üz-üzə gəlirik. Düzdür, yığışıb birgə futbol oynayırıq. Amma bunu digəri ilə qarşıdırmaq olmaz. Parlamentdə federasiyalarda rəhbər vəzifədə olan xeyli insan var.

Bizim qarşımıza kütləviliyi təmin etmək tələbi qoyulub. Məqsəd, yeniyetmə-gəncləri küçələrdən, internet klublardan və qəlyanxanalardan yığıdırıb idman zallarına gətirməkdir. Ölkədə xeyli idman qurğuları tikilib vətəndaşların istifadəsinə verilib.

25 ildir dünya kikboksinq assosiasiyası (WAKO) ilə əməkdaşlıq edirik. Təəssüf olsun ki, bizdə saxta federasiyalar da var. AKF cəmi 1 dəfə Azərbaycanda qitə çempionatı keçirə bilib. Çox keçirməyə həmin o qeyri-leqal təşkilatlar imkan vermirlər. Amma özləri hər il bir yarış keçirirlər”.

Həmin kateqoriyadan