AFFA Almaniya yığması üzərində qələbəyə görə hər futbolçuya 100 min mükafat verəcək

Əgər Azərbaycan millisi dünya çempionatı-2018-in seçmə matçında Almaniyaya uduzmayacaqlarsa, futbolçular AFFA-dan böyük məbləğdə mükafat alacaqlar. Allsport.az saytı xəbər verir ki, qələbə qazanacağı təqdirdə, əsas heyətin oyunçuları hərəyə 100 min, əvəzetməyə çıxmış futbolçular 75 min, ehtiyatda qalmış və personal üzrə oyunçular 50 min manat alacaqlar.

Azerifootball.com-un məlumatına görə, Əgər “ay-ulduzlular”ımız heç-heçə oynasa, onda əsas heyətin futbolçuları 75 min alacaqlar. Matçın gedişində oyuna girən futbolçuya bu məbləğin 75, ehtiyatda olanlara və personala isə 50 faizi veriləcək.

Xatırladaq ki, Azərbaycan – Almaniya görüşü martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda olacaq və saat 20:00-da başlanacaq.

Həmin kateqoriyadan