AFFA baş katibinin milyonluq Eddisinin seks qalmaqalı davam edir

Azərbaycan millisinin və İspaniyanın “Alkorkon” klubunun yarımmüdafiəçisi Eddi İsrafilovla bağlı qalmaqal davam edir. Allsport.az saytı xəbər verir ki, 26 yaşlı futbolçu “Eybar”da çıxış etdiyi vaxt komanda yoldaşları – Serxio Enrix və Antonio Lunanın iştirakı ilə olan seksual məzmunlu videonu yaymaqla günahlandırılır.
Enrix və Luna ilə intim əlaqədə olan 17 yaşlı qız bunu videoya çəkməməyi xahiş etsə də, onlar nəinki buna əməl ediblər, üstəlik, sonradan videonu Eddi İsrafilova ötürüblər. Futbolçumuz görüntünü sosial şəbəkədə paylaşmış, sonra silmişdi. Həmkarlarını çətin vəziyyətə salan milli üzvü məhkəmədə günahını danıb.
Futbolpress.az-ın məlumatına görə, hər 3 futbolçusu 2 ildən 5 ilədək həbs cəzası gözləyir. Məhkəmə prosesi iki ilə yaxındı davam edir və yaxınlarda yekun qərarın veriləcəyi gözlənilir. Azarkeşlər isə klubun bazasının yaxınlığında Eddiyə qarşı pankratlar hazırlayıblar. Komandanın fanatları “Porno video yayan bizim komandada ola bilməz!”, “Onu tezliklə qovmaq lazımdır” – kimi şüarlar səsləndrirlər. Lakin Paskualın 2-illik müqaviləsi mövcuddur.
Eddi İsrafilov 2015-ci ildə Azərbaycan millisinə dəvət alıb. Yığmamızın baş məşqçisi Qurban Qurbanov “Alkorkon”da möhkəmlənə bilməyən futbolçuya dəvət göndərməyib. Futbolinfo.az xəbər verir ki, Aleksandr Səmədov Rusiya yığmasında tarix yazarkən, cənubi azərbaycanlılar İran millisində səviyyəsini göstərərkən, porno videolarla yadda qalan Eddi İsrafilovu, eyni hərəkətlə ad çıxaran Pərdis Fərcad-Azadı Azərbaycan millisinə calayanlar utanmalıdır. “Azərbaycanlıdan futbolçu çixmaz” bəhanəsinin arxasında gizlənənlər yararsız yarımmüdafiəçi üçün 1 milyon dollar havaya sovurub.

Həmin kateqoriyadan