- Baxış sayı: 16
- 26 Aprel 2024 15:57
- Baxış sayı: 49
- Aprel 23, 2024
- 0
Avro-2020-nin Bakıdakı oyunları ilə bağlı AFFA korporativ sosial məsuliyyət təşəbbüsü çərçivəsində “Qayğı-sağlam nəsil naminə” ictimai birliyinin nəzdində fəaliyyət göstərən daun sindromlu uşaqların reabilitasiya mərkəzi, “SOS uşaq kəndləri – Azərbaycan” assosiasiyası ictimai birliyi, YAŞAT fondu, LU-MUN, qadın və uşaq sığınacağı, COVİD-19 pandemiyası dövründə fəaliyyət göstərən tibb işçiləri (onların övladları) üçün biletlərin ayrılması barədə qərar qəbul edib.
Allsport.az saytı xəbər verir ki, iyunun 12-də keçiriləcək Uels – İsveçrə oyunu üçün ayrılmış biletlər iyunun 10-da Bakı olimpiya stadionunda AFFA-nın nümayəndəsi tərəfindən adı qeyd olunmuş qurumlara bu və ya digər şəkildə aidiyyəti olan uşaqlara, eləcə də onları müşayiət edən şəxslərə təqdim olunub.
Təşəbbüsün hədəf kütləsi uşaqlardır.