Aftandil Hacıyevin komandasının yubiley matçı

“Səbail” premyer liqada 50-ci oyununu keçirib. Allsport.az saytı xəbər verir ki, Aftandil Hacıyevin komandası yubiley matçında “Zirə”nin qonağı olub. 22-ci turun görüşündə 2:1 hesablı qələbə qazanan “Səbail”, 2-ci mövsümdür oynadığı güclülər dəstəsində 16 qələbə qazanıb, 9 heç-heçə edib və 25 dəfə uduzub.

50 qarşılaşmada 39 qol vuran komanda 61 top buraxıb. “Dənizçilər” premyer liqa tarixində 50 və daha çox oyun keçirən 43-cü komanda olub.

Zirə idman kompleksinin stadionundakı görüş, həm də 25-ci səfər matçı olub. “Səbail” 8-ci dəfə qalib gəldiyi səfər oyunlarında 5 heç-heçə edib və 12 dəfə uduzub. Paytaxt təmsilçisi rəqib meydanlarında 26 qol vurub və 34-nü buraxıb.

Həmin kateqoriyadan