Ağahüseyn Mustafayev: Final dünən olsaydı, medalımın əyarı qızıl da ola bilərdi

Sərbəst güləş millimizin 70 kq-da üzvü Ağahüseyn Mustafayev mötəbər arenada ilk böyük uğurunu qazandı. O, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında finala qədər irəliləyək, sonda gümüş medalla kifayətləndi. Allsport.az sayına açıqlamasında MOİK-in idmançısı həlledici görüşdə fürsəti qaçırdığından təəssüfləndiyini dedi:

“Finalı uda bilərdim. Hesabda da irəlidəydim. Hər şey yolunda idi. Sadəcə, bu gün qızıl medalı Allah türkiyəli rəqibimə qismət elədi. Dünən qalib gəldiyim rusiyalı Məhəmmədrəsul Qazıməhəmmədov 2-qat dünya çempionu idi. Dünənki gün mənim gün idi. Final dünən olsaydı, bəlkə Avropa çempionu olardım”.

Kamran HACI, BUXAREST

Həmin kateqoriyadan