- Baxış sayı: 32
- 17 Sentyabr 2026 23:03
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

Almaniya futbol ittifaqı (DFB) ölkənin 2038 və ya 2042-ci il dünya çempionatına ev sahibliyi etmək üçün namizəd ola biləcəyini açıqlayıb. Allsport.az xəbər verir ki, bunu DFB idarə heyətinin üzvü Aksel Helman bildirib. Onun sözünə görə, Almaniyada mundialın keçirilməsi üçün bütün zəruri infrastruktur mövcuddur:
“Dünya çempionatına ev sahibliyi etməkdən məmnun olarıq. DFB və prezident Bernd Noyendorf 2042-ci il, bəlkə də 2038-ci il mundialına namizəd olmaq istəyirlər. Hər şey FİFA-nın qaydalarından asılıdır. Almaniyada stadionlar, mehmanxanalar və digər zəruri infrastruktur hazırdır. Yalnız stadionların müasirləşdirilməsinə ehtiyac var. 2042-ci il dünya çempionatını yüksək səviyyədə təşkil etmək üçün çox yaxşı imkanlarımız var”.
O əlavə edib ki, 2006-cı il dünya çempionatından sonra Almaniyanın beynəlxalq imici müsbət istiqamətdə dəyişib və növbəti mundialın keçirilməsi ölkənin tanıtımı baxımından da böyük əhəmiyyət daşıyacaq.