- Baxış sayı: 586
- 07 May 2026 16:16
- Baxış sayı: 168
- May 08, 2026
- 0

Cüdo üzrə gənclərdən ibarət millinin üzvləri Almaniyanın Bremen şəhərində beynəlxalq təlim-məşqdə iştirak edirlər. Allsport.az saytı xəbər verir ki, toplanışda 21 ölkədən 600-dən çox idmançı qatılıb.
Komandaya baş məşqçi Elxan Məmmədov və məşqçisi Elxan Rəcəbli rəhbərlik edib. Bu, sentyabr və oktyabr aylarında keçiriləcək gənclər arasında Avropa və dünya çempionatlarına hazırlıq məqsədi daşıyır.