Almaniyada işgüzar görüşlər

Bildiyiniz kimi, milli paralimpiya komitəsinin prezidenti İlqar Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Almaniyanın Bonn şəhərində beynəlxalq paralimpiya komitəsinin baş assambleyasında iştirak edir. Allsport.az saytı xəbər verir ki, səfərin 4-cü günündə həmyerlimiz icraiyyə komitəsinin üzvü, Yaponiya paralimpiya komitəsinin prezidenti Yasuşi Yamavaki ilə görüşüb. Toplantıda Tokio-2020-yə hazırlıq və 2 tərəf arasında əlaqələrin genişləndirilməsi sahəsində məsələlər müzakirə edilib.

İlqar Rəhimov prezidenti sonra beynəlxalq boccia idman federasiyasının prezidenti Devid Hedfildlə görüşüb, qarşılıqlı əməkdaşlığın daha genişləndirilməsi barədə müzakirələr aparılıb. 2021-ci ildə Bakıda bu idman növü üzrə açıq regional çempionatın keçirilməsi üçün ilkin razılığa gəlinib.

İlqar Rəhimov günün sonunda BP şirkətinin paralimpiya tərəfdaşlıq koordinatoru Seve Kiriacou ilə fikir mübadiləsi aparıb, tərəfdaşlıq çərçivəsində görülmüş işlər yüksək qiymətləndirilib və nəzərdə tutulan layihələr barədə müzakirələr aparılıb.

Həmin kateqoriyadan