- Baxış sayı: 45
- 10 Avqust 2026 10:00
- Baxış sayı: 47
- Avqust 10, 2026
- 0

Qadınların superliqasının 11-ci turunda “Gənclər Birliyi” vacib oyunda “İdman Akademiyası”nı 31:30 hesabı ilə məğlub edib. Görüşdən sonra qalib komandanın aparıcı həndbolçusu Alyona Barbakadze allsport.az saytına bunu deyib:
“Bizim üçün çox vacib və prinsipal oyun idi. Üstəlik, bu komandada son matçım olduğundan, mübarizəni qələbə ilə bitirmək istəyirdim. Görüş ağır keçdi. Hər 2 kollektiv sonadək mücadilə etdi.
Bizdə qızlar daha gəncdirlər. Amma çox cəhd göstərdik ki, məhz komanda oyunu alınsın. Yekunda istəyimiz baş tutdu, “İdman Akademiyası” üzərində vacib qələbə qazandıq”.