FOTO
AMADA-nın əməkdaşları Şəhidlər xiyabanını ziyarət edib

Ermənistanın ölkəmizə qarşı sentyabrın 27-dən başlayan təxribatına cavab olaraq, şanlı ordumuz 44 günlük Vətən müharibəsini qələbə ilə başa vurdu.

Allsport.az saytı xəbər verir ki, bu münasibətilə milli antidopinq agentliyinin kollektivi Şəhidlər xiyabanını ziyarət edib.

AMADA-nın əməkdaşları ölkəmizin suverenliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəman Vətən övladlarının xatirəsini yad edib, məzarları önünə gül dəstələri düzüblər.

Həmin kateqoriyadan