- Baxış sayı: 38
- 23 İyun 2026 17:10
- Baxış sayı: 25
- İyun 26, 2026
- 0
Qadınlardan ibarət milli komandamızın mərkəz həndbolçusu Marina Tankaskayanın forma geyindiyi «Ankara Yeniməhəllə Bələdiyyəsi» Türkiyə superliqasında ilk yenilgisini alıb.
Allsport.az saytı xəbər verir ki, 14-cü turda evdə “Kastamonu Bələdiyyəsi”ni qəbul edən paytaxtlılar 2 top fərqi ilə uduzublar – 27:29. Bu matçda legionçumuzun 4 zərbəsi dəqiq olub.
Məğlubiyyətə baxmayaraq, həndbolçumuzun komandası top fərqinə görə çempionatda 1-ci sırada yerini qoruyub.