- Baxış sayı: 32
- 02 Noyabr 2026 20:38
- Baxış sayı: 277
- Oktyabr 25, 2026
- 0

“Neftçi”nin yarımmüdafiəçisi Ata Cabir Fələstin pasportu alıb. Allsport.az saytı xəbər verir ki, 28 yaşlı İsrail əsilli futbolçu bundan sonra Fələstin millisində çıxış edəcək.
İordaniyada təşkil olunacaq təlim-məşq toplanışına dəvət alan oyunçu, iyunun 14-də İndoneziya, 20-də isə Çin yığmaları ilə yoldaşlıq görüşündə iştirak edə bilər.
Əvvəllər İsrailin U-21 millisinin şərəfini qorumuş Caber bu komandanın kapitanı da olub.