“Atilla” idman klubundan yeni əməkdaşlıq

“Atilla” idman klubu “Push30” şirkəti ilə əməkdaşlığa başlayb. Allsport.az saytı xəbər verir ki, idman və düzgün qidalanmanı prioritet sayan və zərərli vərdişlərdən imtina edən müasir insanların çoxu üçün fəal sağlam həyat tərzi böyük əhəmiyyət kəsb edir.

İdmanın təkcə sağlamlığa deyil, insanın xarakterinə də müsbət təsir etdiyi heç kimdə şübhə doğurmur. Sağlam həyat tərzinin ayrılmaz hissəsi olan idmanın faydası son dərəcə böyük və əhəmiyyətlidir. Məhz idman məşğələlərinin təbliği və daha çox insanın idmana cəlb edilməsi “Push30” şirkətinin fəlsəfəsinin əsasını təşkil edir.

“Push30” zallardan istifadə baxımından hər hansı çərçivə və məhdudiyyət qoymadan fitnes dünyasını əlçatan edir. Nə vaxt, hara gedəcəyinizə və orada nə qədər vaxt keçirəcəyinizə özünüz qərar verirsiniz. Təkliflər qiymət baxımından da əlçatandır. Belə ki, “Push30” platformasının öz korporativ müştərilərinə təklif etdiyi münasib qiymətli paketlər həm də çoxsaylı bonuslar, üstünlüklər və güzəştlər nəzərdə tutur. 

Həmin kateqoriyadan