“Atilla”nın yetirmələri yenə fərqləndi: “Böyük dəbilqə”nin ilk günündə 1 qızıl və 2 bürünc!

Bu gün Heydər Əliyev adına idman arenasında cüdo üzrə “Böyük dəbilqə” turniri start götürüb. Allsport.az saytı xəbər verir ki, ilk yarış günündə 13 milli üzvü mübarizə aparıb.

Ən yüksək nəticəni Balabəy Ağayev (60 kq) göstərib. O, finalda ukraynalı Dilşad Qalmatova “qızıl xal”da qalib gəlib. Yarımfinalda komanda yoldaşı uduzan Kəramət Hüseynov bürünc medal görüşündə ispaniyalı Fransisko Qarriqosa ipponla qalib gəlib. Turan Bayramov 7-ci yerlə kifayətlənib.

66 kq-da Orxan Səfərov yarımfinalda moldovalı Denis Vyeruya uduzub. “Atilla” idman klubunun digər yetirməsi 3-cü yer üçün tutaşmada serbiyalı Strahindza Bunçiçi üstələyib. Bu çəkidə yarışan Kamran Süleymanov 7-ci olub.

Qadınların mübarizəsində 48 kq-da Leyla Əliyeva, Aişə QurbanlıRamilə Əliyeva, 52 kq-da isə Gültac MəmmədəliyevaAydan Vəliyeva yarışı erkən başa vurublar. Adı son çəkilən təmsilçimiz 7-ci pilləni tutub.

“Böyük dəbilqə”də ilk yeri tutan 1000, gümüş mükafatçı 700, 3-ci sıraya çıxanlar 500, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 360, 260 əmsal xalı qazanırlar.

Həmin kateqoriyadan