“Atilla”nın yetirməsi Avropa çempionatlarında 6-cı medalını qazandı

Bolqarıstan paytaxtı Sofiyada qitə çempionatında bürünc medal qazanan Rüstəm Orucov (73 kq) Azərbaycan cüdosunda rekord edib.

Allsport.az saytı xəbər verir ki, o bu yarışlarda şəxsidə 5-ci dəfə fəxri kürsüyə çıxıb, hazırda millinin məşçisi olan Elçin İsmayılovun uğurunu təkrarlayıb.

Əyara görə, “Atilla”nın yaşca böyük yetirməsi Rüstəmdən üstündür. İsmayılovun qitə çempionatlarında 3 qızıl (2000, 2001, 2005), 2 gümüş (2002, 2004) medal qazanıb.

Orucov 1 qızıl (2016), 1 gümüş (2019) və 3 bürünc (2017, 2020, 2022) müküfata sahib çıxıb. Onun hesabında 2016-cı ildə komanda yarışında bürünc medalı da əlavə etsək, qünimətlərin ümumi sayı 6-ya yüksəlir.

Həmin kateqoriyadan