“Atlas şirləri” Ronaldulu portəgizləri də parçaladı! İlk dəfə Afrika müsəlman millisi 1/2 finalda!

Bu gün Qətərdə dünya çempionatının 1/4 finalında 3-cü oyun keçirilib. Allsport.az saytı xəbər verir ki, Dünya Kubokunda çərək finala çıxmaqla sensasiya edən Mərakeş millisi növbəti uğuru qızıl medallara iddialı Portuqaliya üzərində qazanıblar.

42-ci dəqiqədə “atlas şirləri” hesabı açıblar. Çox istəkli oynayan faslar bu üstünlüyü sonadək qoruyublar. Baxmayaraq ki, 90+3-cü dəqiqədə azlıqda qalıblar – bundan sonrakı 5 dəqiqədə daha 1 qol imkanına malik olsa da, buun gerçəkləşdirə bilməyiblər.

Dünya çempionatları tarixində ilk dəfə Afrika təmsilçisi 1/2 finala çıxıb. Özü də bu zəfər müsəlman ölkəsində baş tutub. Buna qədər 2002-ci ildə Koreya və Yaponoyada keçirilmiş Dünya Kubokunda Türkiyə seçməsi yarımfinala qədər irəliləyib, yekunda 3-cü yer tutub.

Həmin kateqoriyadan