- Baxış sayı: 43
- 02 Avqust 2026 12:33
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Atletika federasiyası Balkan assosiasiyasına üzv olacaq. Allsport.az saytı xəbər verir ki, AAF prezidenti Çingiz Hüseynzadənin başçılığı ilə nümayəndə heyəti bununla bağlı sabah İstanbula yola düşəcək.
Səfər çərçivəsində AAF-in assosiasiyaya üzv olmasına dair saziş imzalanacaq. Müqaviləyə əsasən, 2019-cu ildən etibarən atletlərimiz Balkan oyunlarında iştirak edəcəklər. Bizimkilər qurumun 20-ci üzvü olacaq.