Atletika üzrə 1-ci dərəcəli məşqçilərin beynəlxalq seminarına start verilib

Allsport.az xəbər verir ki, milli olimpiya komitəsinin inzibati binasında “Olimpik solidarity” və “Vörld atletiks” təşkilatının dəstəyi ilə atletika üzrə 1-ci dərəcəli məşqçilərin beynəlxalq seminarına start verilib. Seminarın əsas məqsədi Azərbaycanda atletika idman növünün inkişaf etdirilməsinə, atletika üzrə məşqçilərin peşəkarlıq səviyyələrinin artırılması, bilik bacarıqlarının təkmilləşdirilməsi, yeni və müasir tədris metodlarının aşılanmasıdır. Seminarın ilk günündə məşqçilərə nəzəri məlumatlar verilib.
Seminarın açılışınında Azərbaycan atletika federasiyasının baş katibi Məhərrəm Sultanzadə və atletika üzrə Yığma komandanın baş məşqçisi Bəhruz Salehli çıxış edərək iştirakçılara uğurlar arzulayıb.

Seminar nəzəri və praktiki hissələrdən ibarət olmaqla 03-13 aprel tarixlərində milli olimpiya komitəsinin inzibati binasında və respublika olimpiya mərkəzində davam edəcək. Seminarın sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq.
Seminarı I dərəcəli beynəlxalq mühazirəçilər – Hakim İbrahimov Qılınc Əhmədov aparacaqlar.

Həmin kateqoriyadan