- Baxış sayı: 40
- 17 Sentyabr 2026 18:52
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

Yanvarın 6 və 7-də Respublika olimpiya mərkəzində atletika üzrə Bakı şəhər birinciliyi keçiriləcək.
Allsport.az saytı xəbər verir ki, birincilikdə müxtəlif klubları təmsil edən 2006-2007-ci il təvəllüdlü idmançılar mübarizə aparacaqlar. Yarış müxtəlif məsafələrə qaçış, hündürlüyə, uzunluğa və üçtəkanla tullanma, yadro itələmə və digər növlər üzrə təşkil ediləcək.
İlk 3 yeri tutan idmançılara baş idarə tərəfindən müvafiq dərəcəli diplom və medallar təqdim olunacaqdır.