Atletika üzrə məşqçilər üçün 1-ci dərəcəli kurslar

Allsport.az saytı xəbər verir ki, Milli olimpiya komitəsinin inzibati binasında təşkil olunan açılışda çıxış edən atletika federasiyasının baş katibi Məhərrəm Sultanzadə, iştirakçılara kursun əhəmiyyəti haqda məlumat verib. Məşğələni 1-ci dərəcəli beynəlxalq mühazirəçilər Hakim İbrahimov və Qılınc Əhmədov keçirlər.

Kursun proqramına daxil olan nəzəri hissə Milli olimpiya komitəsində, praktiki hissə isə Respublika olimpiya mərkəzində keçiriləcək. Atletika üzrə məşqçilər üçün birinci dərəcəli kurslarda Ağcabədi, Ağdam, Beyləqan, Bərdə, Gəncə, Xaçmaz, İmişli, Mingəçevir, Quba, Qusar və Bakıdan olmaqla ümumilikdə 20 nəfər iştirak edir.

Kursun sonunda uğurla imtahandan keçən iştirakçılar 1-ci dərəcəli məşqçilər sertifikatını əldə edə biləcəklər.

Həmin kateqoriyadan