Atletika üzrə paytaxt birinciliyində kimlər qalib oldu?

Dövlət bədən tərbiyəsi və idman akademiyasının stadionunda 2005–2006-cı il təvəllüdlü atletlərin paytaxt birinciliyində qaliblər müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, Bakı şəhər gənclər və idman baş idarəsinin təşkilatçılığı ilə idmançılar qaçış, tullanma və atma növlərində qüvvələrini sınayıblar.

Oğlanlar arasında uzunluğa tullanma yarışında Hüseyn Abbasov, lövhə atmada Zülfiqar Qədimov, nüvə itələmədə Furqan Bünyadov, üçtəkanla tullanmada İbrahim Xəlilli, hündürlüyə tullanmada Emil Xocayev qalib adını qazanıblar. Qızların yarışında uzunluğa tullanmada Veronika Antropova, nüvə itələmədə isə Səkinə Hacızadə birinci yerə layiq görülüblər.

Oğlanlar arasında qaçış yarışlarında Murad Babazadə (100 metr), Elcan Cəfərov (200 m), Səid Məmmədov (400 m), Kamran Məmmədov (800 m), Yevgeniy Mordakov (1500m) birinci olublar. Qızların mübarizəsində isə İlahə Quliyeva (100 m), Viktoriya Çerniyenko (200 m), Emiliya İsgəndərova (400 m, 800 m), Ləman İsfəndiyarova (400 metr sədlərlə qaçış), Anastasiya Morozova (1500 m) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

Qaliblər Baş İdarə tərəfindən diplom və medallarla təltif olunublar.

Həmin kateqoriyadan