Atletlərimizdən daha 6 medal

Azərbaycan atletləri Türkiyənin Antalya şəhərində keçirilən “Olimpik deneme” yarışında daha 6 medal qazanıblar.

Allsport.az xəbər verir ki, Paris-2024 yay olimpiya oyunlarına lisenziya xarakterli turnirin ikinci günündə 200 metr məsafəyə qaçışda Əlhəm Nağıyev bütün rəqiblərini geridə qoyaraq finişə birinci çatıb.

Lamiyə Vəliyeva 200 metr məsafəyə qaçışda hamıdan sürətli olaraq yarışın qalibi adını qazanıb. Eyni məsafədə Fəridə Rzayeva isə 3-cü yeri tutub.

3 təkanla tullanma yarışının yekununda Rüstəm Məmmədov 2-ci pillədə qərarlaşıb.

Toğrul Şahtatinski isə U-16 kateqoriyasında diskatma və nüvəitələmədə ən yüksək nəticə göstərərək hər iki növdə qızıl medallara sahib çıxıb.

Həmin kateqoriyadan