- Baxış sayı: 86
- 13 Sentyabr 2026 12:06
- Baxış sayı: 78
- Sentyabr 13, 2026
- 0

Akademik avarçəkmə üzrə dünya çempionatı keçiriləcək.
Allsport.az xəbər verir ki, avqustun 24-30-da Niderlandın paytaxtı Amsterdamda təşkil olunacaq yarışda 60-dan çox ölkədən idmançılar iştirak edəcək.
Azərbaycan turnirdə Ziya Məmmədzadə və Nurlan Paşayevlə təmsil olunacaq. İdmançılarımız ikinəfərlik qayıqda yüngül çəki kateqoriyasında mübarizə aparacaqlar.
Millinin baş məşqçisi Volodimir Morozov komandaya rəhbərlik edəcək.