AVF rəsmiləri Gəncə və Tovuzda

Azərbaycan voleybol federasiyası (AVF) bölgələrdə voleybolun inkişafı istiqamətində işləri davam etdirir.

Allsport.az xəbər verir ki, bu məqsədlə fevralın 9-11-də Gəncə və Tovuz regional voleybol klublarında “Gənc istedadların müəyyənləşdirilməsi və inkişafı” düşərgəsi keçirilib.

Düşərgə çərçivəsində bölgələrdən olan voleybol məşqçiləri üçün yeniyetmə və gənc qızlardan ibarət milli komandaların rəhbəri Şahin Çatma tərəfindən seminar da təşkil olunub. Nəzəri və təcrübi hissələrdən ibarət olan seminarın keçirilməsində əsas məqsəd bölgələrdə fəaliyyət göstərən məşqçilərin yeni qaydalarla tanışlığını təmin etmək, həmçinin müxtəlif rayon və şəhərlərdə çalışan mütəxəssislərlə əməkdaşlığın genişləndirilməsidir.

Həmin kateqoriyadan