- Baxış sayı: 64
- 06 May 2026 15:25
- Baxış sayı: 103
- May 11, 2026
- 0

Kişi və qadın voleybolçuların Avro-2023-ün seçməsinin qrupları müəyyənləşib. Allsport.az saytı xəbər verir ki, AVK-in son reytinq cədvəlinə əsasən Azərbaycan komandalarının rəqibləri bəlli olub.
Kişilər “A” qrupunda mübarizə aparacaq. Rəqiblər – Türkiyə və Danimarka milliləri olacaq. Yarışda 26 komanda 7 qrupa bölünüb. Ən güclülər və 5 ən yaxşı 2-ci yerin sahibi final mərhələsində iştirak hüququ qazanacaq.
Qadınlar ələmədə Sloveniya, Gürcüstan və Avstriya yığmaları ilə birgə “D” qrupunda yer alacaq.Burada 24 komanda 6 qrupa bölünüb. Qrupda 1-ci və 2-ci yeri tutanlar final mərhələsinə yüksələcək.
Avropa çempionatının həlledici mərhələsini hansı ölkədə keçiriləcəyi hələ açıqlanmayıb. Seçmə mərhələnin görüşləri avqust – sentyabrda olacaq.