Avropa Atletika Federasiyasının yeni prezidenti seçildi

Avropa Atletika Federasiyasının yeni prezidenti seçilib. Allsport.az xəbər verir ki, Hansyörq Virtsdən sonra norveçli Sveyn Arne Hansen Avropa Atletika Federasiyasının prezidenti postuna layiq görülüb.

Hansen Sloveniyanın Beld şəhərində keçirilmiş Avropa Atletizmi konqresində bu quruma üzv 50 federasiyadan 26-nın səsini toplayaraq fransız Jan Qrasia (19 səs) və Finlaniyadan olan Antti Pihlakoskini (5 səs) geridə qoyub.

Hansenin müavinləri Y.Qrasia, bolqarıstanlı Dobrimir Karamarinov və alman Frank Henseldir.

Növbəti müddətə seçilməyən H.Virts 1999-cu ildən bəri Avropa təşkilatına sədrlik edib və hazırda qurumun fəxri prezidentidir. O, 2011-ci il seçkilərində yeni prezident Hanseni cüzi səslə geridə qoymuşdu.

Həmin kateqoriyadan