Avropa çempionatına 3 atletlə

6-12 avqustda Berlin şəhərində atletika üzrə Avropa çempionatı keçiriləcək. Allsport.az saytı xəbər verir ki, Ayarışda millimizi Nazim Babayev və Aleksis Kopello (üç təkanla tullanma) və Anna Skidan (çəkic atma) təmsil edəcəklər.

İdmançılarla yanaşı, onların məşqçiləri Ziyad Xəlfəyev və Artyom Rubanko da Almaniya paytaxtına yollanacaqlar. AAF rəhbərliyindən federasiyanın prezidenti Çingiz Hüseynzadə, baş Katibi Məhərrəm Sultanzadə səfər çərçivəsində avropalı həmkarları ilə görüşəcək.

Bu proqramlarda təsnifat mərhələləri 10, finallar 12 avqustda keçiriləcək.

Həmin kateqoriyadan