- Baxış sayı: 44
- 11 May 2025 20:17
- Baxış sayı: 90
- May 12, 2025
- 0
Monteneqronun paytaxtı Podqoritsada keçirilən cüdo üzrə Avropa çempionatında fərdi çıxışlara yekun vurulub.
Allsport.az xəbər verir ki, Azərbaycan yığma komandası kişilərin fərdi çıxışları üzrə komanda hesabında 5-ci, ümumi sıralamada isə 10-cu pilləni tutub.
Millinin 5 üzvü qitə çempionatını medalla başa vurub. Cüdoçulardan Səlim Kotsoyev (100 kq) gümüş, Əhməd Yusifov (60 kq), Rəşid Məmmədəliyev (73 kq), Səlim Tçkayev (81 kq) və Murad Fətiyev (90 kq) bürünc medallara sahib olub.
Avropa çempionatının qarışıq komanda yarışları bu gün start götürəcək. Azərbaycan cüdoçuları 1/8 final mərhələsində Gürcüstanla qarşılaşacaq.