Avropa çempionatında çıxış edəcək cudoçularımız

Aprelin 21-də Rusiyanın Kazan şəhərində cüdoçuların Avropa çempionatı start götürəcək. Allsport.az saytı xəbər verir ki, Azərbaycan millisinin beynəlxalq yarışda təmsil edəcək heyət məlum olub. Baş məşqçi Peter Zayzenbaxer ümumilikdə 10 idmançıya şans verəcək.

Kişilərin yarışında Orxan Səfərov, İlqar Müşkiyev (hər ikisi – 60 kq), Tərlan Kərimov (66 kq), Rüstəm Orucov (73 kq), Əbdülhaqq Rəsullu (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (100 kq), Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaq.

Qadınlardan isə yalnız Aişə Qurbanlı (48 kq) çıxış edəcək. Qitənin ən güclülərinin yarışı aprelin 24-də başa çatacaq.

Həmin kateqoriyadan