- Baxış sayı: 40
- 25 Oktyabr 2024 15:15
- Baxış sayı: 101
- Oktyabr 25, 2024
- 0
Bosniya və Hersoqovinanın paytaxtı Sarayevo şəhərində usta cüdoçular arasında Avropa çempionatında cüdoçularımız daha 2 qızıl və 4 bürünc medal qazanıb.
Allsport.az xəbər verir ki, yarışın ikinci günündə M-3 və M-4 yaş kateqoriyaları üzrə 14 cüdoçumuz tatamiyə çıxıb.
M-3 yaş kateqoriyası üzrə 66 kq çəkidə Vüqar Babayev qızıl medal əldə edib. Mənsur Abbasov (60 kq), Azər Fətullayev (81 kq) və Nizami Məmmədov (100 kq) bürünc medal qazanıblar.
M-4 yaş kateqoriyası üzrə 100 kq çəkidə Emil Hüseynov qızıl, 73 kq çəkidə Əli Əlibəyli isə bürünc mükafat qazanıb.