Avropa çempionatında Məmmədəli Mehdiyevdən bürünc medal və 350 xal

Avropa çempionatında Məmmədəli Mehdiyevdən bürünc medal və 350 xal

Bolqarıstan paytaxtı Sofiyada cüdo üzrə Avropa çempionatı başa çatıb. Allsport.az saytının məlumatına görə, yarışın 3-cü günündə millimiz daha 1 medal qazanıb.

90 kq-da Məmmədəli Mehdiyev 3-cü yer üçün görüşdə macarıstanlı cüdoçu Kristiyan Totu məyus edib. Elmar Qasımov (100 kq) 5-ci və Uşangi Kokauri (+100 kq) 7-ci olublar.

Qitə çempionatlarında ilk yeri tutan 700, gümüş mükafatçı 490, 3-ci sıraya çıxanlar 350, 5-ci və 7-ci mövqeyə yiyələnənlər müvafiq olaraq 252 və 182 əmsal xalını qazanıblar.

Həmin kateqoriyadan