Avropa çempionatının şəhərləri azala bilər

Koronavirus pandemiyasına görə 2021-ci ilə təxirə salınan Avropa çempionatına ev sahibliyi edəcək şəhərlərin sayı azala bilər. Allsport.az “Daily Mail”ə istinadən xəbər verir ki, qitə qurumu Roma və Bilbao şəhərlərinin iqtisadiyyatının məlum səbəbdən zəiflədiyi nəzərə alaraq, onların ev sahibliyini almağı düşünür.

“Taclı bəla”nın şəhərlərə vurduğu maliyyə ziyanı UEFA-nı dəyişikliklər etməsinə səbəb ola bilər. Ehtimala görə, bununla bağlı iclas keçiriləcək. AÇ-2020-nin oyunları 12 şəhərdə baş tutacaq. Bakı olimpiya stadionunda qrup mərhələsinin 3, 1/4 finalın 1 qarşılaşması keçiriləcək.

Həmin kateqoriyadan