Avropa çempionlarımızdan ustad dərsləri

Azərbaycan cüdo federasiyasının təlim-məşq mərkəzində Şuşa uşaq gənclər idman məktəbinin yeniyetmələri üçün ustad dərsi keçirilib.

Allsport.az xəbər verir ki, ustad dərsində cüdo üzrə Avropa çempionları, dünya mükafatçıları Əbil Yusubov və Məhəmməd Musayev iştirak ediblər.

Onlar iştirakçılarla öz təcrübə və biliklərini ilə bölüşüb, lazımi tövsiyələrini veriblər. İştirakçılar müxtəlif fəndləri yerinə yetirməyə çalışıblar.

Bu kimi layihələrin həyata keçirilməsində əsas məqsəd gənc nəslin fiziki və mənəvi sağlamlığına töhfə vermək, idmanla məşğul olan uşaqların, gənclərin sayını artırmaq, cüdo idman növünü təbliğ etməkdir.

Həmin kateqoriyadan